• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan BMT-ə müraciət edib

Ərdoğan BMT-ə müraciət edib
21.07.2023 08:17
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-ni Şimali Kipr Türk Respublikasının (ŞKTC) dövlətçiliyini tanımağa çağırıb. Burada Türkiyə mediası məlumat verir. 

"Türkiyə Kiprə sülh və demokratiya gətirdi. Kipr türkləri gələcəyə daha böyük ümidlə baxırlar.  Birləşmiş Millətlər Təşkilatına tarixi çağırışımı təkrar edirəm: adanın reallıqlarından üz döndərməyin və ən qısa zamanda ŞKTC-ni tanıyın. Kipr türklərinin suveren bərabərliyi və bərabər beynəlxalq statusu tanınmayana qədər yeni danışıqlar prosesindən söhbət gedə bilməz”,  -  Ərdoan bildirib. 
 
 Şimali Kipr Türk Respublikası Kipr adasının şimalında yerləşən de-fakto dövlətdir. Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Digər dövlətlər isə onu Kipr Respublikasının bir hissəsi olaraq qəbul edir. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. 
 
Paytaxtı və ən böyük şəhəri Şimali Nikosiyadər. Tanınmayan  ŞKTR-in ümumi sahəsi 3,355 kvadrat kilometr, əhalisi isə  300 min nəfərdən çoxdur. ŞKTR Kipr adasının 36,4%-ni tutur.

Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir. 
 
Hal-hazırda Şimali Kiprdə Türkiyə Silahlı Qüvvələrinə məxsus əsgərlərinin yerləşdirilməsi bu münaqişə həlli yolunu daha da ləngidir. Mövcudluğu Şimali Kipr hökuməti tərəfindən dəstəklənsə də, Kipr Respublikası da daxil olmaqla bütövlükdə Avropa Birliyi və beynəlxalq ictimaiyyət tərəfindən işğal olaraq qiymətləndirilir və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bir neçə qətnaməsində bu işğalçılıq pislənilir.
 
Şimali Kipr beynəlxalq cəmiyyət tərəfindən rəsmən tanınmadığı üçün iqtisadiyyat, nəqliyyat və idman kimi bir çox aparıcı sahələrdə embarqolar tətbiq olunur.

Şimali Kipr, müxtəlif sivilizasiyaları özündə cəmləşdirən mədəni irsə məxsus, xidmət sektorunun üstünlük təşkil etdiyi iqtisadiyyata malik yarı prezident demokratik respublikasıdır.
 
Rəsmi dil türk dilidir, lakin müxtəlif bölgələrdə fərqli yerli ləhcələrdən də istifadə olunur. Əhalinin böyük əksəriyyəti sünni müsəlmanlardan ibarət olsa da  Şimali Kipr dünyəvi dövlət sayılır.
 
Şimali Kipr İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, Avropa Şurası Parlament Assambleyasının isə tam hüquqlu üzvlərindən biridir.
 
N.Təbrizli
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol