Bələdiyyə seçkisində MHP-nin erməni namizədləri

Türkiyədə martın 30-da keçiriləcək bələdiyyə seçkisində Milliyətçi Hərəkat Partiyası (MHP) 2 erməninin namizdəliyini irəli sürüb. ANS PRESS-in xəbərinə görə, İstanbulun ən böyük rayonlarından olan Bakırköydə 2 yerli erməni bələdiyyə məclis üzvlüyünə namizəd olub. Onlar Bakırköy sakinləri Nerses Yeramyan və Elmas Giragosdur. Yeramyan mətbuata verdiyi açıqlamada, “Bu ölkədə yaşayırıqsa millətçi olmalıyıq” – deyib. MHP lideri Dövlət Baxçalı isə millətçi olduqlarını, ancaq irqçi olmadıqlarını vurğulayıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















