• $
  • €
  • ₽
  • ₺
  • £

“Apple”dan avtomobillər üçün YENİLİK

“Apple”dan avtomobillər üçün YENİLİK
04.03.2014 15:19
“Apple” şirkəti rəsmən avtomobillər üçün “iOS” əməliyyat sisteminin optimallaşdırılmış versiyasını - “CarPlay” platformasını təqdim edib. “CarPlay” ilə təchiz ediləcək ilk avtomobillər martın 6-16-da Cenevrə avtosalonunda nümayiş olunacaq “Ferrari”, “Mercedes-Benz” və “Volvo” olacaq. Şirkətin məlumatına görə, “CarPlay” texnologiyası sürücülərə nəqliyyat vasitəsini idarə edən zaman “iPhone” smartfonları ilə effektiv əlaqədə olmağa imkan verəcək. Xüsusilə burada söhbət zəng, bildiriş, xəritə və musiqinin idarə edilməsindən gedir. “CarPlay”in imkanları ilə “Siri” səs funksiyası vasitəsilə işləmək mümkündür. "iPhone 5s”,”iPhone 5c” və “iPhone 5” smartfon modelləri ilə uyğunluq təşkil edən “CarPlay” “iOS 7” üçün yenilənmə şəklində satışa çıxarılacaq.   Gələcəkdə texnologiyanın “BMW Group”, “Ford”, “General Motors”, “Honda”, “Hyundai Motor Company”, “Jaguar Land Rover”, “Kia Motors”, “Mitsubishi Motors”, “Nissan Motor Company”, “PSA Peugeot Citroen”, “Subaru”, “Suzuki” və “Toyota Motor Corp” avtomobillərində istifadə ediləcəyi gözlənilir.//İctnews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol