• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada veqanların sayı 200 milyonu keçir - Araşdırma

Dünyada veqanların sayı 200 milyonu keçir  - Araşdırma
14.11.2023 09:12
Dünya əhalisinin neçə faizinin vegeterian olduğuna dair dəqiq məlumat tapmaq çətindir.  Ipsos təşkilatının keçirdiyi sorğununsunun nəticələrinə görə,  vegeterianlar dünya əhalisinin 3%-ni təşkil edir. Yəni onların sayı  230 milyondan bir qədər çoxdur. 
 
The Guardian daha mühafizəkar 79 milyon insan (1%)  veqan hesab edilə bilər. 

 
2040-ci ilə qədər dünya əhalisinin yalnız 40%-nin ət və ət məhsulları yeyəcəyi proqnozlaşdırılır. ABŞ-da istehlakçıların 6%-ı vegandır ki, bu da 15,5 milyondan çox vegan olduğunu göstərir. Hindistanda əhalisinin 9%-i, Böyük Britaniyada isə təxminən 2 milyon insan veqandır.

Bitki mənşəli ət bütün qablaşdırılmış ət seçimlərinin 2%-ni təşkil edir.
 
2020-ci ildə dünyada veqan qida satışları ümumi ərzaq satışlarına nisbətdə 2 dəfə sürətlə artıb. 2018-ci ildə vegan qida bazarının dəyəri 14,2 milyard dollar olub. 2026-cı ilə qədər bu rəqəmin 31,4 milyard dollara çatacağı proqnozlaşdırılır.
 
The Vegan Society-də qeydiyyatda keçmiş 53 mindən çox veqan məhsulu var.

London, Nyu-York, Berlin, Los-Anceles və Toronto veqanlar üçün qidaya çıxışın olması baxımından dünyanın  ilk beş vegan şəhəri elan edilib .
Təkcə Londonda 200-dən çox vegan restoranı var.
 
Veqanlığı qəbul edən Nuridə Mehraliyeva bildirir ki, 10 yaşında gözünün önündə heyvan kəsilməsini gördükdən sonra bu yolu seçib.

"15 ildir veqan kimi qidalanıram. 10 yaşım olanda gözümün önündə heyvan kəsdilər, o andan etibarən heyvanlara yazığım gəlir. Bununla yanaşı heyvan qidalarından iyrəndim”, - o əlavə edib.

Mehraliyeva hesab edir ki, veqan olmaq çətin deyil, lakin müəyyən qədər zərərləri var.

"Mən veqan olaraq heç bir çətinlik yaşamıram. Lakin, veqan kimi qidalanmağa başladıqdan sonra məndə anemiya yarandı. Ətdə olan zülallar, B3, B6, B12 vitaminlərinin eynisini əvəz etmək mümkün deyil, müəyyən qədər dərmanlarla, qidalarla əvəz etmək olur, ancaq bu nəticə vermir. Sağlamlığımla əlaqədar veqan olmaqdan əl çəkmək üçün çox mübarizə apardım, hamı kimi sıradan biri olmaq istədim, amma bacarmadım. Hətta anemiya ilə bağlı həkimə müraciət etdikdə onlar məni psixoloqa yönləndirdilər.  Veqanlığın psixoloji bir şey olduğu düşünülür, psixoloji müalicə aldıqdan sonra düzələcəyini deyirlər. Mən özümdə bunu problem olaraq görmədiyim üçün psixoloqa ehtiyac duymuram”, - Mehralıyeva  qeyd edib.

Onun sözlərinə görə, ayrı yaşasa idi, veqan olaraq aylıq minimum xərci 100-150 manat olardı.

Veqan sözü ilk olaraq Donald Uotson tərəfindən işlədilib və "vegetarian" ingilis sözünün birinci üç və son iki hərfinin birləşməsindən əmələ gəlib.
 
Həmin termin 1944-cü il noyabrın 1-də Londonda Uotson tərəfindən əsası qoyulmuş "Veqan” Cəmiyyəti tərəfindən istifadə olunmağa başlanılıb.
 
Aygün Mirakif 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol