• $
  • €
  • ₽
  • ₺
  • £

"Nokia” “Android” sistemli ilk smartfonlarını təqdim etdi

"Nokia” “Android” sistemli ilk smartfonlarını təqdim etdi
25.02.2014 20:47
Finlandiyanın "Nokia" şirkəti fevralın 24-də keçirilən mətbuat konfransında "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk "Nokia X", "Nokia X+" və "Nokia XL" smartfon modellərini təqdim edib.Smartfonlarda "Android" üçün yazılan proqramları quraşdırmaq mümkündür. Bu halda qurğular "Google" servisləri ilə deyil, "Nokia" və "Microsoft"un xidmətləri (məsələn, Here xəritələri, OneDrive fayl saxlancı (keçmiş SkyDrive) və Outlook.com poçtu) ilə işləyir.Qurğuların "Android"in "Google Play" internet mağazasına çıxış imkanına malik olmadığına görə proqramları kənar mağazalardan, eləcə də "Nokia Store" mağazasından yükləmək olar.Smartfonların işlədiyi əməliyyat sistemi "Android Open Source Project" (AOSP) əsasında yaradılıb. Aparatlarda "Android" yox, "Windows Phone" istifadəçi interfeysi quraşdırılıb."TechCrunch" nəşri "Nokia" nümayəndələrinə istinadən qeyd edir ki, "Android" əlavələrinin yalnız 75 faizi qurğular ilə uyğunluq təşkil edir.  4 düymlü ekranla təchiz edilən "Nokia X" və "Nokia X+" demək olar, oxşar modellərdir. Modellər arasında fərq yalnız "Nokia X+"-un yaddaş tutumunun çox olmasındadır. Hər iki qurğuda ikinüvəli prosessordan və 3 meqapikselli kameradan istifadə olunub. "Nokia XL" 5 düymlü ekran və 5 meqapikselli kamera ilə təchiz edilib.Fevralın 24-dən etibarən satışa çıxarılacaq "Nokia X" smartfonunun qiyməti 89 avroya bərabər olacaq.Qiymətləri müvafiq olaraq 99 və 109 avro təşkil edəcək "Nokia X" və "Nokia XL" apreldə satışa çıxarılacaq. "Lumia" qurğuları kimi smartfonları müxtəlif rəngli korpuslarda əldə etmək mümkün olacaq.Qeyd edək ki, "Nokia" şirkəti əvvəllər "Symbian" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların istehsalı ilə məşğul olub. Lakin 2011-ci ildə "Microsoft" korporasiyasının tərəfdaşı olduqdan sonra "Windows Phone" platformasından istifadəyə başlayıb. Sonradan - 2013-cü ildə "Microsoft" korporasiyası "Nokia"nın mobil biznesini satın alıb.//İctnews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol