• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan partiyasında islahatlara hazırlaşır

Ərdoğan partiyasında islahatlara hazırlaşır
14.08.2024 21:31
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yaradılmasının 23-cü ildönümünə həsr olunmuş toplantıda partiyasında islahatlarla bağlı mesaj səsləndirib.

Ərdoğan hakimiyyətdə olduğu dövrə yekun vuraraq və onun rəhbərliyi altında Türkiyənin inkişafını əks etdirən rəqəmlərə istinad edərək deyib ki, "yorğun olanlar kənara çəkilsin”.

"Partiyanın yaranmasının 23-cü ildönümü üçün çox şüurlu bir şüar seçdik: "AKP Partiyası ümidi, gələcəyi və irəliyə doğru hərəkəti qeyd edir”. Biz artıq növbəti əsri formalaşdırmağa çalışırıq. Təkcə iqtisadiyyatda deyil, hüquq və azadlıqlarda, mədəniyyətdə, sosial sferada, xüsusən də gənclərin öz şəxsiyyətlərini necə görmələrində dəyişikliklər baş verir. Biz müvafiq siyasət aparmalıyıq.

Partiyanın yeni dövrün ruhunu əldən verməsi ağlasığmazdır. AKP-nin həm dünənki, həm də bugünkü siyasi fəaliyyəti Türkiyəyə yönələcək. Özümüzə tənqidi qiymət verməli, çatışmazlıqlarımızı aradan qaldırmalıyıq. Biz qarşıdan gələn qurultaya xalqın bizdən gözlədiyi hərtərəfli dəyişikliklərin əsası kimi baxırıq.

Mənim yoldaşlarımın heç biri tutduğu vəzifədən asılı olmayaraq, ofisə qapanıb özündən razı qalmağa gücü çatmaz. Ümidləri məhv edən işlərlə məşğul olanlar mənəvi məsuliyyət daşıya bilməyəcəklər. Ümidləri məhv edənlərə dözməyəcəyik və onları əsirgəməyəcəyik. İrəlilədikcə heç kimin bizə yük olmasına imkan verməyəcəyik. Yorğun olanlar kənara çəkilsin”, – Ərdoğan bildirib.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol