• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail İrana hücum edib - Video - Yenilənib

İsrail İrana hücum edib - Video - Yenilənib
26.10.2024 07:12
İsrail İrana ikinci zərbə endirib.Bu barədə "The Jerusalem Post" qəzeti xəbər verir.

Məlumata görə, zərbəyə Şiraz şəhəri məruz qalıb. Şənbə günü səhər şəhərdə partlayış səsləri eşidilib.

Ölən və xəsarət alanlar, hər hansı dağıntının olub-olmaması barədə məlumat yoxdur.

 ***

İsrailin Müdafiə Ordusu İranın hərbi obyektlərinə zərbələr endirdiyini bildirib.Bu barədə Ordunun Mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

"İran rejiminin İsrail dövlətinə qarşı aylarla davam edən davamlı hücumlarına cavab olaraq, hazırda İsrail Müdafiə Ordusu İrandakı hərbi obyektlərə dəqiq zərbələr endirir", - məlumatda deyilir.

***

İsrail İrana hücum etməyə başlayıb.Bu barədə ABŞ-nin "Axios” portalı mənbələrə istinadən xəbər yayıb.

Qeyd edilir ki, İsrail oktyabrın 1-də ballistik raketlərdən istifadə edərək genişmiqyaslı zərbəsinə cavab olaraq yerli vaxtla şənbə günü səhər tezdən İrana hücum edib.
 
Bundan əvvəl "Tasnim" agentliyi Tehranda partlayış səslərinin eşidildiyini xəbər verib.

***

İran İslam Respublikasının paytaxtı Tehranda partlayış səsləri eşidilib.Bu barədə "Tasnim” agentliyi məlumat yayıb.

Digər təfərrüatlar açıqlanmır.

"Axios” nəşri isə İsrailin İrana hava zərbələri endirdiyini xəbər verib.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol