• $
  • €
  • ₽
  • ₺
  • £

Hindistan ilk kosmik təlimini keçirib

Hindistan ilk kosmik təlimini keçirib
14.11.2024 11:47
Hindistan Antariksha Abhyas 2024 adlı ilk kosmik təlimini keçirib. Respublika Müdafiə Nazirliyinin verdiyi məlumata görə, onlar ölkə silahlı qüvvələrinin kosmosda döyüş əməliyyatları keçirməyə hazırlığını artırmaq məqsədi daşıyır.

Nazirliyin məlumatına görə, üç gün davam edəcək təlimin məqsədi "kosmik aktivlər və xidmətlər haqqında daha dərindən anlayışı təmin etmək və maraqlı tərəflərin kosmik seqmentlərdən asılılıqları haqqında məlumat əldə etmək”dir.

"Antarikşa Abhyas - 2024” (hind dilindən tərcümədə "Yerin üstündəki səmada məşq”) Hindistan Müdafiə Kosmik Agentliyi və onun bölmələrinin nümayəndələri, həmçinin Hindistan Hərbi Hava Qüvvələri, quru qüvvələri və donanmasının hərbçiləri iştirak ediblər. Təlim çərçivəsində ən son kosmik texnologiyalar, eləcə də Hindistanın kosmik proqramları üzrə müzakirələr aparılıb.

Hindistanın Müdafiə Qərargah rəisi, general Anil Çauhanın sözlərinə görə, "bir vaxtlar son sərhəd hesab edilən kosmos indi Hindistanın ən mühüm müdafiə və təhlükəsizlik vasitəsidir". "Kosmosun tədqiqi sahəsində zəngin irsi və artan hərbi potensialı ilə Hindistan kosmosa əsaslanan imkanların yaratdığı problemləri həll etmək üçün yaxşı mövqeyə malikdir”. Çauhan etiraf etdi ki, kosmos getdikcə sıxlaşan, rəqabətədavamlı və ticarət məkanına çevrilir, bu da Hindistanın milli maraqlarını innovasiyaları təşviq etməklə, qabaqcıl texnologiyalar və müasir sistemləri inkişaf etdirməklə təmin etməyi vacib edir.
 
Aytac 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol