• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistanda 100-dən çox uşaq ölüb - Səbəb

Pakistanda 100-dən çox uşaq ölüb - Səbəb
25.12.2024 14:45
Pakistanın Paraçinar şəhərində son 2,5 ayda tibbi yardım və qida çatışmazlığı səbəbindən 100-dən çox uşaq dünyasını dəyişib. Geo TV yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, yerli sakinlər qəbilə münaqişəsi fonunda yolların bağlanması səbəbindən girişdən məhrumdur.


Onun sözlərinə görə, oktyabrda şiə qəbilələri sünni əleyhdarlarının karvanına hücum edərək 10-dan çox adamı öldürdükdə, əsas Pişəvər-Kürrəm magistral yolu da daxil olmaqla şəhərə gedən yollar təhlükəsizlik tədbiri olaraq bağlanıb. "Yolların bağlanması səbəbindən sakinlər tibbi xidmət və qida kimi əsas ehtiyaclardan məhrumdur. 100-dən çox uşaq tibbi yardım göstərilmədiyi üçün dünyasını dəyişib", - kanal Yuxarı Kürram tehsil (rayon) rəhbəri Ağa Muzamilədən sitat gətirib. 


Telekanalın məlumatına görə, yerli sakinlər artıq altıncı gündür ki, yolların bağlanmasına etiraz edərək kommunikasiya marşrutlarının bərpası üçün təcili tədbirlər görülməsini tələb edirlər. Hayber Paxtunxva əyalətinin baş nazirinin köməkçisi Məhəmməd Əli Seyfin sözlərinə görə, Paraçinar yolunu qorumaq üçün xüsusi polis qüvvələri yaradılıb. Səlahiyyətlilər xəstələri evakuasiya etmək və dərman çatdırmaq üçün helikopterlərdən istifadə edir, lakin yerli sakinlər bunun kifayət etmədiyini deyirlər.


Son aylar ərzində baş verən qarşıdurmalarda 130-dan çox adam birbaşa həlak olub.

Aytac 
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniya xarici işlər naziri Bakıya səfər edəcək
Dünya 18:55
Estoniya xarici işlər naziri Bakıya səfər edəcək
Küveytdə PUA hücumunda 2 İtaliya vətəndaşı həlak olub
Dünya 18:36
Küveytdə PUA hücumunda 2 İtaliya vətəndaşı həlak olub
Serbiyada prezident seçkiləri dekabrın 27-də keçiriləcək
Dünya 18:06
Serbiyada prezident seçkiləri dekabrın 27-də keçiriləcək
Serbiyada növbədənkənar prezident seçkilərinin tarixi bilinib
Dünya 15:59
Serbiyada növbədənkənar prezident seçkilərinin tarixi bilinib
Paşinyan: Rusiya sərhədçiləri qarşıdakı illərdə Ermənistanı tərk edəcək
Dünya 13:47
Paşinyan: Rusiya sərhədçiləri qarşıdakı illərdə Ermənistanı tərk edəcək
Paşinyan yeni Konstitusiya müzakirələri fonunda növbədənkənar seçkilərin keçirilməsini istisna etmir
Dünya 13:09
Paşinyan yeni Konstitusiya müzakirələri fonunda növbədənkənar seçkilərin keçirilməsini istisna etmir
Ermənistan hökuməti “TRIPP İnkişaf Şirkəti”nin yaradılmasına dair sazişi təsdiqləyib
Dünya 12:05
Ermənistan hökuməti “TRIPP İnkişaf Şirkəti”nin yaradılmasına dair sazişi təsdiqləyib
BP-nin keçmiş regional prezidenti Qəri Cons “Xlinks” şirkətinə müşavir təyin olunub
Dünya 08:26
BP-nin keçmiş regional prezidenti Qəri Cons “Xlinks” şirkətinə müşavir təyin olunub
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol