Nyu-Yorkda miqrantlara qarşı genişmiqyaslı reydlər başlayıb - KİV
![Nyu-Yorkda miqrantlara qarşı genişmiqyaslı reydlər başlayıb - KİV Nyu-Yorkda miqrantlara qarşı genişmiqyaslı reydlər başlayıb - KİV](https://anews.az/photo/850x500/2025-01/1738087204_57ba1572-ea3b-3440-a7d1-e66e2b443897_850.png)
ABŞ-nin Nyu-York şəhərində federal hakimiyyət orqanları qanunsuz miqrantlara qarşı ilk genişmiqyaslı reydlərə başlayıb.Bu barədə "The New York Post" mənbələrə istinadən məlumat yayıb.
"Əməliyyatlar yanvarın 28-ə keçən gecə 200-dən çox insanın saxlanıldığı Kuins və Bruklin rayonlarında başlayıb.Həbslər zamanı biometrik məlumat bazalarından və sosial şəbəkələrin monitorinqindən istifadə edilir.Məqsəd qanunsuz miqrantlarla əlaqədə olan cinayətkar qrupları sıradan çıxarmaqdır", - mənbə bildirib.
Ağ Ev əməliyyatın müvafiq güc strukturları ilə əlaqələndirildiyini təsdiqləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər