• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə uşaqlar üçün sosial şəbəkələr ilin sonuna kimi qadağan ediləcək

Türkiyədə uşaqlar üçün sosial şəbəkələr ilin sonuna kimi qadağan ediləcək
31.01.2025 14:02
Türkiyə hakimiyyəti 2025-ci ilin sonuna qədər 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi planlaşdırır. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu CNN Türk telekanalının efirində bildirib.

"Biz istəyirik ki, 16 yaşdan kiçik gənclərimiz sosial şəbəkələrdən uzaq dursunlar. Bu onlara niyə lazımdır? "Onsuz da orada onlar üçün faydalı heç nə yoxdur" nazir bildirib

Onun sözlərinə görə, son vaxtlar Türkiyədə bunu təsdiqləyən hadisələr baş verib.

"İnşallah, 2025-ci ildə bir sıra tənzimləyici tədbirlərin görülməsi üçün səy göstərmək istəyirik”, - Uraloğlu vurğulayıb.

2024-cü ilin avqustdan ölkədə yeniyetmələr arasında populyar olan onlayn Roblox oyunu bloklanıb. Bundan əlavə, ötən il Türkiyə hakimiyyəti oyunçular arasında populyar olan Discord mesajlaşma xidmətini də qadağan edib.

Türkiyə rəsmiləri Discord-un narkotik və uşaqların cinsi istismarı ilə əlaqəli olduğunu bildirib.
 
Gülnar 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol