• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada azərbaycanlı killerin istintaqı başa çatdı

Rusiyada azərbaycanlı killerin istintaqı başa çatdı
17.01.2014 15:58
Rusiyada çoxlu sayda qətldə şübhəli bilinərək həbs edilən azərbaycanlı killerin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin Moskva Vilayəti üzrə İdarəsi “Axsaq Nazim” ləqəbli Azərbaycan vətəndaşı Nazim Hümbətovun cinayət işinin istintaqını yekunlaşdırıb. Nazim Hüseynova Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci (Qəsdən iki və ya daha çox şəxsi öldürmə), 222-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. İstintaq materiallarında  bildirilir ki, 24 sentyabr 2003-cü ildə N. Hümbətov Ceyhun Xəlilov adlı tanışı və daha iki silahlı şəxslə birlikdə Odintsovo rayonunun Qryaz kəndində yerləşən avtoservisin ərazisində İlham Hüseynov adlı birisi ilə “razborka”ya gedib. “Razborka” zamanı tərəflər arasında razılıq əldə olunmayıb. Bu zaman Ceyhun Xəlilov üzərində gəzdirdiyi “TT” markalı tapança ilə İlham Hüseynova atəş açıb. Hümbətovla birlikdə gələn silahlı şəxslər də İlham Hüseynovu müşahidə edən üç azərbaycanlıya atəş açmağa başlayıblar. Nəticədə İ. Hüseynov və onun Mamed adlı tanışı ölüb. İki nəfər isə ağır yaralanıb. Hadisədən 5 il keçdikdən sonra 2008-ci ildə Moskva vilayətinin müstəntiqləri bu cinayət hadisəsinin üstünü açaraq Nazim Hümbətov barəsində axtarış elan ediblər. Lakin Hümbətovu yaxalamaq yalnız 2012-ci ilin payızında mümkün olub. Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin Federal Təhlükəsizlik Xidməti ilə birlikdə keçirdiyi əməliyyat zamanı N. Hümbətov yaxalanıb. Onun məxfi həyat tərzi keçirdiyi və daim yaşadığı ünvanları dəyişərək saxta pasportlardan istifadə etdiyi məlum olub. İstintaq materiallarında N. Hümbətovun cinayət əməllərini birgə törətdiyi tanışı Ceyhun Xəlilovun öldüyü bildirilir. Bu səbəbdən ona qarşı heç bir ittiham irəli sürülməyib “Axsaq Nazim”in 90-cı ilin əvvəllərində Azərbaycandan Moskvaya gəldiyi xəbər verilir. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, azərbaycanlılar Hümbətovdan muzdlu qatil kimi istifadə etməyə başlayıblar. “Axsaq Nazim”in o dövrün bir çox sifarişli qətllərində adı keçsə də, dəlil yetərsizliyi ucbatından onu istintaqa cəlb etmək mümkün olmayıb. Hüquq-mühafizə orqanlarındakı mənbə Nazim Hümbətovun kriminal karyerasındakı sıçrayışın tanınmış kriminal avtoritet Rövşən Lənkəranski ilə (Rövşən Canıyev) tanışlığından sonra baş verdiyini bildirib. Onun R. Lənkəranskinin ştatlı killeri olduğu bildirilir. Moskvanın meyvə və tərəvəzin  topdansatış bazarına nəzarət üstündə Lənkəranskinin “Axsaq Nazim”in əli ilə onlarla şəxsi aradan götürdüyü iddia olunur. Lakin hələlik istintaq orqanları N. Hümbətova qarşı yalnız Odintsovo rayonunda dörd nəfərin güllələnməsi ilə bağlı ittiham irəli sürüblər. ANN.Az 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol