• $
  • €
  • ₽
  • ₺
  • £

“Qazprom” Türkiyədə planlaşdırılan qaz habı layihəsini dayandırıb - SƏBƏBLƏR

“Qazprom” Türkiyədə planlaşdırılan qaz habı layihəsini dayandırıb - SƏBƏBLƏR
04.06.2025 08:40

Rusiyanın “Qazprom” şirkəti Türkiyədə planlaşdırılan qaz habı layihəsi üzərində işi dayandırıb. Bu barədə Bloomberg mövzuya yaxın mənbələrə istinadən xəbər verib.

Layihə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropa enerji bazarındakı mövqelərin bərpası üçün nəzərdə tutulurdu.

Rusiya Prezidenti Vladimir Putin bu ideyanı 2022-ci ilin oktyabrında, “Şimal axını” boru kəmərlərində baş verən partlayışlardan dərhal sonra irəli sürmüşdü.

O, Qara dənizin dibi ilə illik 55 milyard kubmetr tutumlu yeni boru kəmərlərinin çəkilməsini təklif etmiş və bu marşrutun daha sərfəli və təhlükəsiz olacağını bildirmişdi.

Lakin layihə irəliləyiş əldə etmədi.

Bloomberg-in məlumatına görə, “Qazprom” əvvəlcə bu ideyaya təəccüblə yanaşsa da, sonradan layihənin iqtisadi və infrastruktur məhdudiyyətləri, eləcə də qaz axınlarına nəzarət məsələsindəki fikir ayrılıqları səbəbindən reallaşmasının qeyri-mümkün olduğu qənaətinə gəlib.

Türkiyə layihənin əvvəlindən qaz satışını müstəqil həyata keçirəcəyini, “Qazprom”un isə yalnız təchizatçı rolunda olacağını bildirib. Rusiya tərəfi bu şərtlərlə razılaşmayıb.

Bundan başqa, Bolqarıstan və Yunanıstan vasitəsilə cənub Avropaya qaz nəqli üçün kifayət qədər ötürmə qabiliyyəti yoxdur ki, bu da müstəqil qiymət indeksinə malik ticarət meydançasının yaradılmasına mane olur.

Bloomberg-in yazdığına görə, son aylarda “Qazprom” daxilində və Rusiya hökuməti ilə layihəyə dair danışıqlar faktiki olaraq dayandırılıb.

“Qazprom”, Baş nazirin müavini Aleksandr Novak və Kreml mövzu ilə bağlı şərh verməkdən imtina ediblər.

Türkiyənin adının açıqlanmasını istəməyən rəsmisi agentliyə bildirib ki, Ankara əməkdaşlığa hazırdır, lakin etiraf edir ki, proses uzanıb.

Türkiyənin Energetika Nazirliyi və boru kəməri operatoru Botas isə məsələyə münasibət bildirməyiblər.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol