Finlandiyada NATO-nun hərbi təlimləri keçiriləcək

İyunun 16-dan 27-dək Finlandiyada NATO-nun "Atlantic Trident 25" hərbi təlimləri keçiriləcək.Bu barədə Finlandiya Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin məlumatında bildirilir.
Təlimdə Finlandiya, ABŞ, Böyük Britaniya və Fransa hərbi hava qüvvələri iştirak edəcək və 40-dan çox təyyarə və 1 000-ə yaxın şəxsi heyət cəlb olunacaq.
Təyyarələr Finlandiyanın "Tikkakoski", "Satakunta", "Rissala" və Laplandiyadakı aviabazalarından havaya qalxacaq.
"Atlantic Trident" təlimləri iki ildən bir keçirilir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















