• $
  • €
  • ₽
  • ₺
  • £

Amerikada öldürücü soyuqlar -51

Amerikada öldürücü soyuqlar -51
06.01.2014 13:09

Temperaturun -51 dərəcəyədək düşəcəyi proqnozlaşdırılır

Amerika Birləşmiş Ştatlarının bir neçə ştatında «Qütb dəliyi» adlanan soyuq cərəyanın təsiri nəticəsində rekord şaxta hökm sürür. ANS PRESS-in Associated Press-ə istinadən verdiyi məlumata görə, ölkənin şimal-şərq hissəsində və Kanadanın Amerika ilə sərhədində qarın hündürlüyü 60 santimetrə çatıb. Hər iki ölkədə şaxtadan ölənlərin sayı ümumilikdə 16 nəfərə çatıb. 

Şimali və Cənubi Dakota, Miçiqan, Missuri, Nyu-York, Montana, Alabama ştatlarında şaxta və qar həyatı iflic edib. Çikaqoda qarın hündürlüyü 30, Miçiqanda isə 40 santimetrə çatıb. Minnesota, Viskonsin, İllinoys, İndiana və Ayova ştatlarında məktəblər bağlanıb. Buzlaşma səbəbindən yolların əksəriyyəti bağlanıb, sakinlərə evdən çıxmamaq tövsiyə edilib. Nyu-Yorkda çovğun və buzlaşma yol qəzalarının sayını artırıb.

Şaxta və qar hava limanlarının işinə də təsir edib. Şənbə günündən bəri 4000-ə yaxın aviareys təxirə salınıb. Nyu-York şəhərində Kanadanın Toronto şəhərindən uçan təyyarə Con Kennedi hava limanında sürüşərək, taksi zolağına düşüb. Xəsarət alan olmasa da, buzlaşma ilə əlaqədar hava limanının işi bir müddət dayandırılıb. 

Kolorado ştatında isə kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb. Ştat rəsmilərinin verdiyi məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, biri ağır olmaqla 2 nəfər isə xəsarət alıb. Qəzaya səbəb uçuş-enmə zolağının qarlı havalarla əlaqədar sürüşkən olması olub. 

Amerika Birləşmiş Ştatlarının şimal və mərkəz bölgələrində temperaturun -51 dərəcəyədək düşəcəyi proqnozlaşdırılır. Bu cür soyuqların səbəbi saat əqrəbi istiqamətində hərəkət edən və «Qütb dəliyi» adlandırılan soyuq cərəyandır. ABŞ Meteoroloji Xidmətinin məlumatına görə, ölkədə sonuncu dəfə bu cür Arktik soyuqlar 1994-cü ildə müşahidə edilmişdi.

ANS PRESS

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol