Zelenski Alyaskadakı danışıqların nəticələrini tanımayacağını bəyan edib

Ukrayna Rusiya-ABŞ sammitinin Alyaskada onun iştirakı olmadan qəbul edilmiş qərarlarını tanımayacaq.Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Gənclər buradadır” forumunda deyib.
“Ukraynasız Ukraynadan danışmaq mümkün deyil və heç kim bunu qəbul etməyəcək. Ona görə də söhbət onların özləri üçün vacib ola bilər, lakin onlar bizsiz Ukrayna ilə bağlı heç nə qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ Prezidenti bunu başa düşür və nəzərə alır”, - deyə o bildirib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















