Fransada telekanal əməkdaşları bomba təhlükəsi səbəbindən təxliyə edilib

Fransa dövlət "France Televisions" televiziya və radio yayım şirkətinin əməkdaşları binada bomba təhlükəsi ilə bağlı xəbərlərdən sonra təxliyə edilib.Bu barədə şirkətlər qrupuna daxil olan "France Info" telekanalı xəbər verib.
Məlumata əsasən, şirkətin kanallarından və stansiyalarından yayımlar dayandırılıb. Hadisə saat 17:30-da baş verib. "France Info" televiziya kanalında siren səsi eşidilib. "Yayımları kəsməyə məcburuq", - deyə axşam xəbərlərinin aparıcısı bildirib.
Hadisə yerinə polis dəstəsi və kinoloqlar göndərilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















