• $
  • €
  • ₽
  • ₺
  • £

İspaniyada qatar qəzasında 10 nəfər ölüb, onlarla insan yaralanıb

İspaniyada qatar qəzasında 10 nəfər ölüb, onlarla insan yaralanıb
19.01.2026 08:05

İspaniyanın cənubunda baş verən ağır dəmir yolu qəzası nəticəsində azı 10 nəfər həlak olub, onlarla sərnişin xəsarət alıb. Bu barədə fövqəladə hallar xidmətləri məlumat verib.

Məlumata görə, Kordoba əyalətində iki sürətli sərnişin qatarı relsdən çıxıb. Təxminən 100 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, azı 25 yaralının vəziyyəti ağır qiymətləndirilir. Zərərçəkənlər Kordoba və ətraf bölgələrdəki xəstəxanalara, o cümlədən tibbi helikopterlərlə çatdırılıb.

İlkin məlumata əsasən, qatarların birinin relsdən çıxmasından sonra eyni sahə ilə hərəkət edən digər qatarla toqquşma baş verib. Hadisə nəticəsində dəmir yolu infrastrukturu ciddi zədələnib və bu istiqamətdə hərəkət tam dayandırılıb.

İspaniya hakimiyyəti qəza ilə bağlı rəsmi istintaqa başlayıb. Hökumət prioritetin zərərçəkənlərə yardım göstərilməsi və təhlükəsiz dəmir yolu əlaqəsinin bərpası olduğunu bildirib.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol