• $
  • €
  • ₽
  • ₺
  • £

İspaniyada üçgünlük matəm elan edilib

İspaniyada üçgünlük matəm elan edilib
19.01.2026 20:05

İspaniyanın cənubundakı Əndəlus bölgəsində iki sürət qatarının toqquşması nəticəsində 39 nəfərin həlak olmasından sonra ölkədə üçgünlük matəm elan edilib.Bu barədə “Sky News” xəbər verir.

Qəza yerinə baş çəkən İspaniyanın Baş naziri Pedro Sançez yanvarın 19-u gecə yarısından etibarən ölkə üzrə matəm elan olunacağını bildirib.

Məlumata görə, qəza yanvarın 18-i axşam saatlarında Kordova əyalətinin Adamuz bələdiyyəsi yaxınlığında baş verib. Malaqadan Madridə gedən “Iryo” şirkətinə məxsus sürət qatarı relsdən çıxaraq qarşıdan gələn və Madriddən Huelvaya hərəkət edən “Renfe” qatarı ilə toqquşub. Toqquşmanın təsirindən hər iki qatar relsdən çıxaraq bir neçə metr hündürlükdəki yamacdan aşağı yuvarlanıb.

Qəza zamanı qatarlarda olan təxminən 500-ə yaxın sərnişindən 39-u həyatını itirib, 170-dən çoxu isə yaralanıb. Hazırda 48 nəfərin xəstəxanada müalicəsi davam edir, onlardan 15-nin vəziyyəti ağır qiymətləndirilir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol