Türkiyənin Balıkesir vilayətində zəlzələ olub

Türkiyənin Balıkesir vilayətində yenidən zəlzələ baş verib.
Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, yeraltı təkanların episentri Balıkesirin Sındırqı rayonudur.
Növbəti zəlzələ saat 10:34-də, 6,91 kilometr dərinlikdə, 4,2 bal gücündə qeydə alınıb.
Xatırladaq ki, Balıkesirdə saat 00:24-də, 5,1 maqnitudalı zəlzələ olmuşdu.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















