• $
  • €
  • ₽
  • ₺
  • £

Yer kürəsi əbədi deyil – alimlər planetlərin “ömür uzunluğunu” araşdırır

Yer kürəsi əbədi deyil – alimlər planetlərin “ömür uzunluğunu” araşdırır
18.02.2026 09:48

Alimlər planetlərin yaranması və məhvi proseslərini təhlil edərək onların mövcudluq müddətini müəyyən edən əsas amilləri araşdırıblar.

Araşdırmalara görə, Yer kürəsi kosmik miqyasda düşündüyümüz qədər uzunömürlü deyil. Bununla belə, kainatın bəzi bölgələrində trilyonlarla il mövcudluğunu qoruya biləcək planetlərin mövcud olması ehtimal edilir.

Planetlər gənc ulduzların ətrafında toz və qaz hissəciklərinin birləşməsi nəticəsində formalaşır. Lakin onların taleyi daha çox bağlı olduqları ulduzun təkamülü ilə müəyyən olunur.

Elmi yanaşmaya əsasən, planetin “ölümü” iki formada baş verə bilər: ya fiziki məhv və parçalanma, ya da səthində həyat üçün əlverişli şəraitin geri dönməz şəkildə itirilməsi.

Yer kürəsinin gələcəyi isə birbaşa Günəşin təkamülündən asılıdır. Alimlər hesab edirlər ki, təxminən 5 milyard ildən sonra Günəş qırmızı nəhəng mərhələsinə keçəcək. Bu zaman okeanlar buxarlanacaq və Yer yaşanmaz hala gələcək. Daha sonra planet ya genişlənən Günəş tərəfindən udula, ya da orbitindən çıxaraq kosmosa atıla bilər.

Kainatda ulduzların böyük hissəsini təşkil edən qırmızı cırtdanlar isə Günəşlə müqayisədə yanacağını daha yavaş sərf edir və trilyonlarla il yaşaya bilər. Bu cür ulduzların ətrafında yerləşən qayalı planetlərin on milyardlarla il daxili istiliyini və geoloji aktivliyini qoruyub saxlaması mümkündür.

Alimlər bildirirlər ki, planetlərin taleyi kosmik toqquşmalar, ulduzun cazibəsindən qopma və ya ulduzun təkamülü nəticəsində məhv olma kimi müxtəlif ssenarilərlə müəyyənləşə bilər.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol