• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq

Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
01.05.2026 21:54

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından (Aİ) idxal edilən avtomobil və yük maşınları üzrə tariflərin artıq növbəti həftə 25%-ə qədər artırılacağını anons edib.Bu barədə o, “Truth Social”da yazıb.

Tramp öz paylaşımında Aİ-ni ABŞ ilə ticarət sazişi üzrə öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb.

“Bu xəbəri elan etməkdən məmnunam: növbəti həftə Aİ-dən ABŞ-yə idxal edilən avtomobil və yük maşınlarına tətbiq olunan tarifləri artıracağam, çünki ittifaq tam razılaşdırılmış ticarət sazişinə riayət etmir. Tariflər 25 %-ə qədər artırılacaq”, – o yazıb.

Bununla yanaşı, Tramp vurğulayıb ki, ABŞ ərazisində istehsal olunan avtomobillərə rüsum tətbiq edilməyəcək.

O həmçinin qeyd edib ki, ölkədə 100 milyard dollardan çox investisiya ilə yeni avtomobil zavodlarının inşası aparılır və bunu sənaye tarixində rekord adlandırıb.

“Hazırda 100 milyard dollardan çox investisiya qoyulmuş çoxlu sayda avtomobil və yük maşını zavodları tikilir – bu, avtomobil və yük maşınları istehsalı tarixində rekorddur. Heyəti amerikalı işçilərdən ibarət olan bu zavodlar tezliklə açılacaq – Amerikada əvvəllər heç vaxt belə bir şey baş verməmişdi!”, – ABŞ lideri vurğulayıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol