• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Pekində Çin lideri ilə görüşüb

Putin Pekində Çin lideri ilə görüşüb
20.05.2026 10:38

Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin Pekindəki Tiananmen Meydanında görüşüb.

 Rusiya prezidentinin Çinə rəsmi səfəri başlayıb.

Putin və Cinpin ilk olaraq məhdud formatda danışıqlar aparıblar. Ardınca nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Rusiya prezidenti çıxışında Si Cinpini əziz dostu adlandırıb və bir il əvvəl İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyinin qeyd edilməsində necə birlikdə iştirak etdiklərini xatırladıb. O, çinli həmkarını gələn il Rusiyaya səfər etməyə dəvət edib.

"Rusiya və Çin arasında əsrlər boyu davam edən dostluq xaoslu dünyaya dəyərli sabitlik və proqnozlaşdırıla bilənlik gətirir. Əlverişsiz xarici amillərə baxmayaraq, iki ölkə arasında əməkdaşlıq yaxşı temp göstərir. Rusiya və Çin arasında ticarət dövriyyəsi son 25 ildə 30 dəfədən çox artıb", - Putin vurğulayıb.

Putin bildirib ki, Rusiya-Çin münasibətləri artıq dəfələrlə sınaqdan keçib: "Moskva və Pekin arasındakı hərtərəfli tərəfdaşlıq yeni dövrdə dövlətlərarası münasibətlər üçün modelə çevrilib. Rusiya və Çin həm ikitərəfli, həm də beynəlxalq forumlarda əməkdaşlığı inkişaf etdirəcəklər".

Si Cinpin isə çıxışında Çin-Rusiya münasibətlərinin sağlam və sabit inkişafını təşviq etməyin Rusiya Federasiyası və Çin liderləri tərəfindən verilən strateji seçim olduğunu deyib: "Ölkələr Mehriban Qonşuluq Müqaviləsinin uzadılması çərçivəsində əldə edilən razılaşmaları tam şəkildə həyata keçirməlidirlər. Çin və Rusiya iki ölkə arasında qarşılıqlı etimad təməlini daha da möhkəmləndirməli, əməkdaşlığı zənginləşdirməli və dostluğu genişləndirməlidirlər. Çin-Rusiya münasibətləri daha aktiv və sürətli inkişafın yeni mərhələsinə qədəm qoyub".

Görüşün yekununda Vladimir Putin və Si Cinpin Rusiya-Çin münasibətlərinin dərinləşdirilməsi ilə bağlı birgə bəyanat imzalayıblar.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol