• $
  • €
  • ₽
  • ₺
  • £

Qırğızıstanda terror aktları hazırlamaqda şübhəli bilinən 31 nəfər saxlanılıb

Qırğızıstanda terror aktları hazırlamaqda şübhəli bilinən 31 nəfər saxlanılıb
10.06.2026 00:21

Qırğızıstanın xüsusi xidmət orqanları terror aktlarının hazırlanmasında şübhəli bilinən 31 nəfərin saxlanılması ilə nəticələnən genişmiqyaslı antiterror əməliyyatı keçirib.Bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər beynəlxalq terror təşkilatları olan "Kətibə ət-Tövhid vəl-Cihad" və "İslam Dövləti" ilə əlaqədə şübhəli bilinirlər. DMTK onların hüquq-mühafizə orqanlarının əməkdaşlarına və din xadimlərinə qarşı terror aktları planlaşdırdıqlarını iddia edir.

Komitənin bildirdiyinə görə, əməliyyat zamanı Oş vilayətində 11, Batken vilayətində isə 20 nəfər saxlanılıb.

Oş şəhərində, Qara-Su rayonunda, Qızıl-Qiya şəhərində və Üç-Qurqan kəndində keçirilən tədbirlər zamanı antiterror əməliyyatı rejimi tətbiq olunub. Əməliyyata Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri cəlb edilib.

DMTK-nın məlumatına əsasən, axtarışlar zamanı dini-ekstremist məzmunlu ədəbiyyat və elektron materiallar, qeydiyyatsız dörd odlu silah, terror təşkilatlarının simvolları, həmçinin fəaliyyətin maliyyələşdirilməsi üçün istifadə edildiyi ehtimal olunan pul vəsaitləri aşkarlanaraq götürülüb.

Əməliyyata DMTK sədri Cumqalbek Şabdanbekov rəhbərlik edib. Qurum bildirib ki, istintaq saxlanılanların mümkün əlaqələrini və maliyyələşdirmə mənbələrini araşdırmağı davam etdirir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol