• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Rusiya ərazisində Omsk NEZ-in vurulduğunu bildirib

Ukrayna Rusiya ərazisində Omsk NEZ-in vurulduğunu bildirib
06.07.2026 19:10

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Omsk şəhərində yerləşən neft emalı zavoduna zərbə endirildiyini bildirib. Omsk vilayətinin qubernatoru Vitali Xotsenko da pilotsuz uçuş aparatlarının hücumunu təsdiqləyib və ilkin məlumata görə, ölən və ya xəsarət alan olmadığını açıqlayıb.

Ukrayna Baş Qərargahının məlumatına əsasən, hücum Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri tərəfindən həyata keçirilib. Bildirilib ki, hədəf Ukrayna sərhədindən təxminən 2 500 km məsafədə yerləşən Omsk neft emalı zavodu olub.

Baş Qərargah zərbədən sonra zavod ərazisində yanğın baş verdiyini, dəymiş ziyanın həcminin isə dəqiqləşdirildiyini bildirib. Məlumata görə, ilkin olaraq illik emal gücü 8,4 milyon ton olan ELOU-AVT-11 neft emalı qurğusunun vurulduğu ehtimal edilir. 

Omsk vilayətinin qubernatoru Vitali Xotsenko isə "Telegram" hesabında Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının şəhərin şimal sənaye zonasına hücum etdiyini bildirib. O, hücum nəticəsində ölən və ya xəsarət alan olmadığını qeyd edib. 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol