Kolumbiyada zəlzələ nəticəsində 75 ispan itkin düşüb
Kolumbiyada baş vermiş 7,4 maqnitudalı zəlzələ nəticəsində 75 ispan itkin düşüb.Bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albaresin yaydığı bəyanatda bildirilib.
Nazirin sözlərinə görə, hazırda zəlzələ nəticəsində İspaniya vətəndaşları arasında ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.
Albares qeyd edib ki, İspaniyanın Beynəlxalq İnkişaf üzrə Əməkdaşlıq Agentliyi (AECID) Kolumbiyaya ilkin olaraq 1 milyon avro həcmində yardım ayıracaq. Vəsait sığınacaq, su və sanitariya dəstləri, dərman preparatları və tibbi heyətin göndərilməsinə yönəldiləcək.
Avqustun 10-da Kolumbiyanın qərbində 7,4 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Çoko departamentindəki San-Xose-del-Palmar ərazisində yerləşib.