• $
  • €
  • ₽
  • ₺
  • £

Zelenski Uitkoff ilə Kuşnerin Moskvaya və Kiyevə səfər edəcəyini təsdiqləyib

Zelenski Uitkoff ilə Kuşnerin Moskvaya və Kiyevə səfər edəcəyini təsdiqləyib
04.09.2026 21:25

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezident Donald Trampın kürəkəni Cared Kuşnerin öncə Moskvaya, bazar günü isə Kiyevə səfər edəcəyini təsdiqləyib.Zelenski bu barədə "Telegram" kanalında yazıb.

"Biz bu səfərə hazırlaşırıq. Geniş diplomatik komandamızla, xüsusilə ABŞ tərəfi ilə işləyən nümayəndələrlə müşavirə keçirdik", - Zelenski bildirib.

O qeyd edib ki, ABŞ nümayəndələrinin əvvəlki diplomatik səfərlərində olduğu kimi, onların təhlükəsizliyini təmin etmək məqsədilə Rusiya hava məkanının normal fəaliyyətini təmin edəcəklər.

Zelenski Rusiyanı da danışıqların aparılması və ABŞ nümayəndə heyətinin səfəri ilə bağlı logistika məsələlərinin həlli üçün lazım olan müddətdə hava zərbələrini dayandırmağa çağırıb.

"Bizim məqsədimiz ABŞ tərəfi ilə maksimum konstruktiv və məzmunlu səfər və danışıqlardır. Bu müharibəni başa çatdırmaq üçün real variantlar axtarmaq lazımdır. Görək Stiv və Caredin hansı təklifləri var və Moskvada onlara nə cavab verəcəklər", - Ukrayna Prezidenti deyib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol