• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq

İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq
08.09.2026 19:54

İsrail Böyük Britaniyanın İordan çayının qərb sahilindəki İsrail yaşayış məskənlərinə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq.Bunu İsrailin xarici işlər naziri Gideon Saar açıqlayıb.

Saar bildirib ki, Britaniyanın ABŞ-ın Qəzza üzrə koordinasiya missiyasında iştirakına da son qoyulacaq. Bundan əlavə, Britaniya hərbçilərinin Ramallahda Fələstin Milli Administrasiyasının təhlükəsizlik qüvvələrinə təlim keçməsi dayandırılacaq.

İsrail həmçinin 12 seçilmiş Britaniya nümayəndəsinin və digər bəzi Britaniya vətəndaşlarının ölkəyə girişini qadağan edəcək.

Saar Böyük Britaniyanın tətbiq etdiyi tədbirləri İsrailin daxili işlərinə müdaxilə kimi qiymətləndirib və bildirib ki, Londonun və analoji addımlar atan digər ölkələrin mövqeyi İsrail-Fələstin münaqişəsinin həlli perspektivlərini daha da uzaqlaşdırır.

Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend daha əvvəl İordan çayının qərb sahilindəki İsrail yaşayış məskənlərinə qarşı yeni tədbirlər elan edib. London həmin yaşayış məskənlərində istehsal olunan malların idxalını, tikinti və maliyyələşdirmə də daxil olmaqla bir sıra xidmətlərin göstərilməsini, eləcə də ərazidəki daşınmaz əmlakın reklamını qadağan etməyi planlaşdırır.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol