• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar

Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
10.09.2026 23:11

Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karni Kalgari şəhərində iki ölkə arasında 100 illik tərəfdaşlıq haqqında Bəyannamə və bir sıra digər ikitərəfli sənədlər imzalayıblar.Bu barədə Kanada hökumətinin saytında yayımlanan birgə bəyanatda bildirilib.

Bəyanata əsasən, sənədlər iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini, həmçinin Ukraynada ədalətli və davamlı sülhün dəstəklənməsini nəzərdə tutur.

Tərəflər Ukraynanın təhlükəsizliyinin Avro-Atlantik təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu və ölkənin gələcəyinin NATO-da olduğunu təsdiqləyiblər. Onlar həmçinin Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlük istiqamətində islahatları davam etdirməsinin vacibliyini vurğulayıblar.

Kanada və Ukrayna kəşfiyyat, kibermüdafiə, pilotsuz uçuş aparatlarına qarşı mübarizə, elektron müharibə, hibrid təhdidlər və xarici informasiya manipulyasiyasına qarşı mübarizə sahələrində əməkdaşlığı genişləndirəcəklər.

Ölkələr pilotsuz sistemlərin, PUA-lara qarşı vasitələrin və döyüş sursatlarının birgə istehsalını nəzərdə tutan uzunmüddətli müdafiə sənayesi tərəfdaşlığı yaradacaqlar. Bu əməkdaşlıq 24 avqust 2025-ci ildə Kiyevdə imzalanmış birgə istehsala dair niyyət məktubuna əsaslanacaq və tədqiqatlarla yanaşı texnologiya transferini də əhatə edəcək.

Kanada həmçinin Rusiyaya qarşı iqtisadi təzyiqi davam etdirəcək və “Yeddilik Qrupu” ölkələri ilə birlikdə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın xeyrinə istifadə imkanlarını araşdıracaq.

Tərəflər müdafiə innovasiyaları, iqtisadi artım və bərpa, eləcə də insanlararası əlaqələrə əsaslanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin hazırlanması üzərində işləmək barədə də razılığa gəliblər.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol