• $
  • €
  • ₽
  • ₺
  • £

CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub

CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
25.09.2026 00:01

Ağ Ev daha əvvəl ABŞ prezidentinin iqamətgahına girişinə məhdudiyyət qoyulan “CNN”, “MS NOW” və “Politico” jurnalistlərinin buraxılış vəsiqələrinin qüvvəsini bərpa edib.Bu barədə Ağ Evin mətbuat xidmətinin rəhbəri Miki Stopperiçin məhkəməyə təqdim etdiyi bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, Ağ Evə giriş icazələrinin bərpasına başlanılması barədə bildiriş yerli vaxtla saat 07:10-da daxil olub. İcazələrin yenidən aktivləşdirilməsinə 15 dəqiqə sonra başlanılıb.

ABŞ Məxfi Xidməti saat 09:07-də vəsiqələrin bərpa edildiyini təsdiqləyib. Bundan sonra daha əvvəl götürülmüş buraxılış vəsiqələrinin axtarışına başlanılıb və onlar saat 09:55-də jurnalistlərin götürməsi üçün girişdə yerləşdirilib.

Bununla belə, məhkəməyə təqdim olunan sənədə əsasən, “CNN” və “MS NOW” jurnalistləri saat 11:00-da hələ də Ağ Evə daxil ola bilməyiblər. Sənəddə göstərilən tədbirlər ardıcıllığına baxmayaraq, üç media qurumunun nümayəndələri yalnız saat 12:29-da Ağ Evə giriş əldə ediblər.

Daha əvvəl ABŞ-ın federal hakimi Tim Kelli administrasiyadan media nümayəndələrinin jurnalistlərin Ağ Evə girişinə hələ də icazə verilməməsi ilə bağlı açıqlamalarına münasibət bildirməsini tələb edib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol