• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda azərbaycanlı hərbçi barəsində həbs vəsatəti verildi

Ermənistanda azərbaycanlı hərbçi barəsində həbs vəsatəti verildi
02.10.2026 14:12

Ermənistanda Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Rəhim oğlu Musayev barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim edilib. Bu barədə Cinayət Təhqiqatları Departamenti məlumat yayıb. 

Ermənistanın Baş Prokurorluğu daha əvvəl, oktyabrın 2-də Nəsimi Musayev barəsində bir sıra maddələrlə cinayət təqibinə başlanıldığını açıqlayıb. Söhbət dövlət sərhədini qanunsuz keçmə, hərbi məhsullar və silahların qaçaqmalçılığı, odlu silah və sursatın qanunsuz dövriyyəsi, mənzil toxunulmazlığının pozulması və sağlamlığa ağır zərər vurma ilə bağlı maddələrdən gedir.

Ermənistan tərəfinin məlumatına görə, hadisə oktyabrın 1-də Sünik vilayətinin Sisian icmasının Şəki kəndində baş verib. İstintaqın ilkin versiyasına əsasən, Azərbaycan vətəndaşı yaşayış evinə qanunsuz daxil olub və aşkar edildikdən sonra atəş açıb. Nəticədə 1987-ci il təvəllüdlü A.A. yaralanıb. Musayev daha sonra başqa bir evdə saxlanılıb. O, saat 15:30-da tutulub və istintaq orqanına aparılıb.

Azərbaycan Baş Prokurorluğu isə daha əvvəl bildirib ki, Nəsimi Musayev sentyabrın 26-da Laçın istiqamətində hərbi hissəni tərk etdikdən sonra itkin düşüb və onunla bağlı axtarış tədbirləri aparılıb. Azərbaycan tərəfi onun Ermənistanda saxlanıldığını müəyyən etdikdən sonra Ermənistan hakimiyyəti ilə əlaqə saxlanıldığını açıqlayıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistanda azərbaycanlı hərbçi barəsində həbs vəsatəti verildi
Dünya 14:12
Ermənistanda azərbaycanlı hərbçi barəsində həbs vəsatəti verildi
Sankt-Peterburqda Millerin tarixi malikanəsi yanır
Dünya 23:09
Sankt-Peterburqda Millerin tarixi malikanəsi yanır
Молдова вручила ноту протеста послу РФ из-за трех дронов
Dünya 16:40
Молдова вручила ноту протеста послу РФ из-за трех дронов
Trampın prezidentliyi dövründə təxminən 250 min viza ləğv edilib
Dünya 09:33
Trampın prezidentliyi dövründə təxminən 250 min viza ləğv edilib
Netanyahu “Flydubai” təyyarəsində hücum edəni zərərsizləşdirən sərnişinlə görüşüb
Dünya 23:39
Netanyahu “Flydubai” təyyarəsində hücum edəni zərərsizləşdirən sərnişinlə görüşüb
Danimarka səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 22:10
Danimarka səfiri Rusiya XİN-ə çağırılıb
İsrail XİN: “Flydubai” təyyarəsindəki insident terror cəhdi kimi qiymətləndirilir
Dünya 20:50
İsrail XİN: “Flydubai” təyyarəsindəki insident terror cəhdi kimi qiymətləndirilir

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
Dünya 17:57
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

Kreml Trampın Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı şərtini qəbul etmir
Dünya 14:09
Kreml Trampın Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı şərtini qəbul etmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox