• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb

ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb
02.10.2026 18:28

ABŞ Sahil Mühafizəsi Karib dənizində Kubaya yanacaq daşıdığı bildirilən “Grace” yük gəmisini saxlayıb.Bu barədə “The New York Times” ABŞ Sahil Mühafizəsinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, uzunluğu təxminən 91 metr olan gəmi sentyabrın 5-də Kuba ilə Meksika arasındakı sularda saxlanılıb. Sahil Mühafizəsi “Grace” gəmisinin “kölgə donanması” taktikasından istifadə etdiyindən şübhələnildiyini bildirib.

Qurum gəminin hansı konkret hərəkətlərinə görə şübhəli bilindiyini açıqlamayıb. “The New York Times” yazır ki, bu taktikalara gəminin transponderlərini söndürməsi və yerləşdiyi mövqeyə dair məlumatların ötürülməsini dayandırması daxil ola bilər.

Sahil Mühafizəsi bildirib ki, ABŞ tərəfi bu ilin yayında Kubaya yanacaq daşıdığı iddia edilən “Jaira Provider” gəmisini də ələ keçirib. Gəmidə təxminən 210 min qallon yanacaq olduğu bildirilib.

“Grace” gəmisindəki yanacağın həcmi açıqlanmayıb. Sahil Mühafizəsinin nümayəndələri kəşfiyyat məlumatlarına əsasən yükün Kuba üçün nəzərdə tutulduğunun necə müəyyənləşdirildiyini də açıqlamayıblar.

Qəzetin məlumatına görə, Kuba yanacağa olan tələbatının bir hissəsini daxili istehsal hesabına ödəsə də, enerji sisteminin fəaliyyətini təmin etmək üçün idxaldan asılıdır. Yanacaq çatışmazlığı ölkədə genişmiqyaslı elektrik enerjisi kəsintilərinə, həmçinin xəstəxanalar, ərzaq və su təchizatı ilə bağlı problemlərə səbəb olub.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol