• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan parlamentinin spikeri Azərbaycandan keçən əsgərdən danışıb

Ermənistan parlamentinin spikeri Azərbaycandan keçən əsgərdən danışıb
06.10.2026 17:09

Ermənistan Milli Məclisinin spikeri Ruben Rubinyan Azərbaycan hərbçisi Nəsimi Musayevin mümkün ekstradisiyası məsələsinin hazırda müzakirə edilməsini tez hesab edir.

O bildirib ki, hazırda belə bir proses yoxdur və Musayev Ermənistanda irəli sürülən ittihamlarla bağlı həbsdədir.

“Hazırda başqa bir proses yoxdur və müxalifətin bu açıqlamaları yenə də heç nəyə qarşı mübarizədir, çünki əslində mübarizə apardıqları heç nə yoxdur, həmin mövzu mövcud deyil. Gələcəkdə, vaxtı gələndə biz bunu müzakirə edəcəyik, mən indi qaldırdığınız məsələni müzakirə etmək üçün uyğun vaxt hesab etmirəm”, - Rubinyan jurnalistlərə bildirib.

Ermənistan parlamentinin spikeri Azərbaycan hərbçisinin ölkə ərazisinə necə keçdiyinin də hələ müəyyənləşdirilməli olduğunu deyib. Onun sözlərinə görə, bunun hərbi hissəni özbaşına tərk etmə, yoxsa yolu azma nəticəsində baş verdiyi araşdırılmalıdır. Rubinyan bunun diversiya olmadığını düşündüyünü də bildirib və əsas kimi Azərbaycan tərəfinin hərbçinin itkin düşməsi barədə Ermənistanı əvvəlcədən məlumatlandırmasını göstərib.

Azərbaycan Baş Prokurorluğu oktyabrın 1-də Nəsimi Musayevin sentyabrın 26-da xidmət yerində olmaması və yerinin müəyyən edilməməsi ilə bağlı axtarışa verildiyini açıqlayıb. Araşdırma zamanı onun hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib və cinayət işi başlanıb. Daha sonra Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyənləşdirilib. Azərbaycan qurumlarının Ermənistan tərəfi ilə təmasları davam etdirilir.

Ermənistan tərəfinin məlumatına görə, Musayev oktyabrın 1-də Sünik vilayətinin Şaki kəndində yaşayış evinə daxil olaraq atəş açıb və nəticədə bir qadın yaralanıb. Ermənistan hüquq-mühafizə orqanları onun barəsində bir neçə maddə üzrə cinayət işi başlayıb və həbs qətimkan tədbiri seçilib. Bu məlumatlar Ermənistan tərəfinin açıqlamalarına əsaslanır.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol