• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib

ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
11.10.2026 09:44

ABŞ hərbçiləri Oman körfəzində İrana qarşı dəniz blokadasını yarmağa cəhd edən kommersiya gəmisini sıradan çıxarıblar.Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

CENTCOM-un məlumatına görə, ABŞ hərbi təyyarəsi Panama bayrağı altında üzən "M/V Ocean Molica" ("Arika Sun" kimi də tanınır) yük gəmisinin arxa hissəsinə yüksək dəqiqlikli sursatla zərbə endirib. Nəticədə gəminin hərəkət sistemi sıradan çıxıb, ekipaj üzvləri xəsarət almayıblar.

Bildirilib ki, gəmi İran limanından çıxdıqdan sonra regional sulardan keçməyə cəhd edib.

Komandanlığın məlumatına əsasən, ABŞ qüvvələri iyulun 14-də İrana qarşı dəniz blokadasını bərpa etdikdən sonra dörd kommersiya gəmisini sıradan çıxarıb, 135 gəmini isə geri dönməyə məcbur edib. Bundan əlavə, həmin dövrdə İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olduğu bildirilən 10 tankerin məhv edildiyi qeyd olunub.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol