• $
  • €
  • ₽
  • ₺
  • £

“Likud” liderdir, lakin heç bir blok çoxluq əldə edə bilməyib

“Likud” liderdir, lakin heç bir blok çoxluq əldə edə bilməyib
30.10.2026 07:49

İsraildə oktyabrın 27-də 120 yerlik birpalatalı parlamentə (Knesset) keçirilən seçkilərdə bülletenlərin 100%-i hesablandıqdan sonra Baş nazir Benyamin Netanyahunun “Likud” partiyası 27 mandatla lider mövqeyini qoruyub. Baş naziri dəstəkləyən sağ mərkəzçi blok 53 yer, müxalifət cinahı 48 yer qazanıb, ərəb partiyaları olan “Vahid Siyahı” (11 yer) və RAAM (8 yer) isə birlikdə 19 mandata sahib çıxıb. Beləliklə, heç bir blok hökumət qurmaq üçün zəruri olan minimum 61 yerlik çoxluğu təmin edə bilməyib.

Digər siyasi qüvvələrdən “Yaşar” 22 mandat, “Bəyahad” 12, “Demokratlar” 8 mandat əldə edib. “Evimiz İsrail”, “Birləşmiş Tövrat Yəhudiliyi” və “Otsma Yehudit” partiyalarının hər biri 7, “Dini Sionizm” və ŞAS partiyaları isə hərəyə 6 yer qazanıb. 3,25%-lik seçki baryerini aşa bilməyən “Ehtiyatçılar” (2,72%), “İsrail Xalqı” (1,68%) və “Haredilər” (0,19%) parlamentdən kənarda qalıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol