Stiven Miller Ağ Evin yeni aparat rəhbəri olacaq

Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller noyabrın 9-dan etibarən aparat rəhbəri vəzifəsini icra edəcək.
Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında açıqlayıb.
“Administrasiyada Ağ Evin aparat rəhbərinin müavini və ən yaxın məsləhətçilərimdən biri olan Stiven Millerin noyabrın 9-dan etibarən aparat rəhbəri vəzifəsinə keçəcəyini elan etməkdən məmnunam”, - deyə Tramp bildirib.
O, hazırkı aparat rəhbəri Syuzan Uaylsın siyasi fəaliyyətlə bağlı qeyri-hökumət təşkilatında başqa vəzifəyə keçəcəyini də açıqlayıb.
























