• $
  • €
  • ₽
  • ₺
  • £

Narkobaronun evi muzeyə çevrilir

Narkobaronun evi muzeyə çevrilir
27.11.2014 16:35
Narkobaronun evinə olan maraq onu ya hotelə, ya da muzeyə çevrilməsinə səbəb olacaq.

ANN.Az xəbər verir ki, Kolumbiyanın ikinci böyük şəhəri olan Medelində öldürülən narkobaron Pablo Eskobarın evi ya muzeyə, ya da hotelə çevrilə bilər.Hazırda əla vəziyyətdə olan və 5 yataq otaqlı mülk üçün 250 min dollar tələb edilir.Eskobar ötən əsrin 80-ci illərində ABŞ-da ən çox axtarışda olan narkotik maddə ticarətçilərindən biri olub. O, 1993-cü ildə öldürülüb və bununla da narkoticarət dünyasında "Medelin karteli"nin hakimiyyəti də başa çatıb.Hazırda isə narkobaronun həyatının son anlarını yaşadığı ev çox girişli-çıxışlı olub. Ölkəyə gələn turistlər, elə yerli kolumbiyalılar da Eskobarın yatdığı çarpayını  və öldürüldüyü çardağı görməyə çox can atırlar. Turistlərin bəzi otaqlara daxil olmasına icazə verən hazırkı mülkiyyətçi Omar Restrepo narkobaronun yatdığı otağına heç kimi buraxmaq istəmir. Restrepo bu mülki 2008-ci ildə alıb və həmin zaman ev tamamilə sökük-tökük vəziyyətdə olub. Çünki uzun müddət sahibsiz qalan mülkdə narkomaniya ilə məşğul olan adamlar və evsiz-eşiksiz adamlar yaşayıb. O.Restrepo evi əsaslı şəkildə təmir etdirib və ilk dəfə 2012-ci ildə satışa çıxarıb. Kolumbiyalı narkotik qaçaqçısı olan Eskobar narkotikadan əldə etdiyi gəlirlə 1989-cu ildə "Forbes" jurnalında dünyanın ən varlı yeddinci şəxsi elan edilib. Narkotik ticarətindən milyard dollarlar qazanan Pablo Eskobar heç vaxt narkotikdən və siqaretdən istifadə etməyib. Eskobar və ailəsi haqqında olan bəzi maraqlı məlumatlar onun həyat tərzinin sadə olduğunu göstərir. Övladlarının çoxlu pul xərləməsinə və siqaret çəkməsinə qarşı olan Eskobar, Medellində məktəb, xəstəxana, kilsə və uşaq evlərinin tikilməsinə milyonlarla dollar pul ayırıb. Bu səbəbdən əksər Medellinlilər onu hələ də müsbət şəxs kimi xarakterizə edirlər.ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol