Timoşenkonun qızı evlənir

Ukraynanın keçmiş baş naziri Yulia Timoşenkonun qızı yenidən gəlinlik geyinib.
"Qafqazinfo” rosbalt.ru-ya istinadən xəbər verir ki, Yevqeniya Timoşenko Odessadan olan iş adamı Artur Çeçetkinlə evlənir. Cütlük 3 il bundan əvvəl Odessa klublarından birində tanış olublar.
Toy mərasimi Ukraynanın paytaxtı Kiyevdəki məşhur "Olimpiyskiy” idman kompleksində keçirilir. Yulia Timoşenko toy hədiyyələrindən imtina edib. O, həmin vəsaiti hərb sahəsinə yönəltməyi xahiş edib.
Bu, Yevqeniya Timoşenkonun ikinci evliliyidir. Onun birinci həyat yoldaşı tanınmış ingilis rokçu Şon Karr olub.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















