• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin ucuzlaşması dünyada inflyasını zəiflədir

Neftin ucuzlaşması dünyada inflyasını zəiflədir
29.05.2020 10:33
Neftin qiymətlərinin ucuzlaşması bəzi ölkələrə sərfəli olsa da, digərləri bundan uduzur. Bütövlükdə neftin qiymətlərinin aşağı düşməsi bütün dünyada inflyasiyanın zəifləməsinə və ehtimal ki, varlı ölkələrdə faiz dərəcələrinin artması sürətinin yavaşımasına aparıb çıxarır. Bununla belə, neftin qiymətlərinin ucuzlaşması ixracatçı ölkələrin, ilk növbədə Rusiyanın iqtisadi fəallığını zəiflədir. Bu barədə məlumat Dünya Bankının "Qlobal iqtisadi perspektivlər” məruzəsində yer alıb.

Dünya Bankının İnkişaf perspektivləri qrupunun direktoru Ayxan Kese deyib: "Neftin qiymətlərinin ucuzlaşması real gəlirlərin xeyli dərəcədə inkişaf etməkdə olan ixracatçı dövlətlərdən inkişaf etməkdə olan idxalatçı ölkələrə axmasına gətirib çıxarır. Neftin ucuz qiymətləri istər ixracatçı, istərsə də idxalatçı ölkələrin büdcə resurslarını genişləndirmələrinə və ətraf mühitin mühafizəsi sahəsində daha geniş məqsədlərə nail olmalarına kömək edir”.

A.Kesenin fikrincə, neftin qiymətləri 2015-ci ildə ucuz olacaq və bu da bütün dünyada inflyasiyanın azalmasına gətirib çıxaracaq və çox güman, varlı ölkələrdə faiz dərəcələrinin artmasını yavaşadacaq. Onun sözlərinə görə, vəziyyətin belə olması Hindistan və Çin kimi neft idxalatçısı olan ölkələr üçün müəyyən imkanlar yaradır.

Braziliya, İndoneziya, Türkiyə və Cənubi Afrika Respublikasının neft bazarındakı vəziyyət də inflyasiyanı və cari əməliyyatlar hesabı kəsirini azaltmağa kömək edəcək.

Lakin neftin ucuz qiymətləri ixracatçı ölkələrin iqtisadi fəallığını zəiflədəcək. Məsələn, proqnozlara görə, Rusiya iqtisadiyyatının inkişafı 2015-ci ildə 2,9 faiz azalacaq və 2016-cı ildə çətinliklə müsbət göstəricilərə qayıdacaq, gözlənilən artım 0,1 faiz təşkil edəcək.

Məruzə müəllifləri bildirirlər ki, 2015-ci ildə inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın sürətində müəyyən tezləşmə müşahidə olunacaq. Bütövlükdə bu il dünyada qlobal iqtisadi artım 3 faiz, 2016-cı ildə 3,3 faiz, 2017-ci ildə 3,2 faiz təşkil edəcək.

Dünya Bankının prezidenti Cin En Kim yeni məruzəni təqdim edərkən deyib: "İnkişaf etməkdə olan ölkələr qeyri-müəyyənlik ilə səciyyələnən cari iqtisadi durumda sosial proqramların dəstəklənməsi üçün öz resurslarından bacarıqla istifadə etməli, onları sözün əsl mənasında lazer dəqiqliyi ilə aztəminatlı ailələrə yardımın göstərilməsinə yönəltməli, habelə vəsaitin insan kapitalına yatırılmasını təmin edən struktur islahatları aparmalıdırlar. //azertag.az


Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol