• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər "Türkiyənin ürəyi"ni istəyir

Ermənilər "Türkiyənin ürəyi"ni istəyir
22.01.2015 14:27
İrəvan və erməni diasporu beynəlxalq məhkəməyə müraciət etmək arzusundadır

İrəvan və erməni diasporu 1915-ci il hadisələrinin 100-üncü ildönümü ilə bağlı yeni addıma hazırlaşır.

ANS PRESS-in məlumatına görə, ermənilər Türkiyədən iddia etdikləri torpaq və mülkiyyətlərlə bağlı hüquqi mübarizəyə başlayacaq. Ermənilər tərk etdikləri əraziləri geri almaq üçün planlaşdırdıqları hüquqi prosesdə sürəti artırmağı hədəfləyirlər. 

ABŞ erməni diasporasının lideri Harut Sassounian Ermənistan hökuməti ilə bəzi diasporaların Ankaranı beynəlxalq məhkəmələrə aparmağı düşündüklərini vurğulayıb. Sassounian erməni katolikosu Aram İnin Adanadakı əl qoyulan kilsə mülkləri üçün şikayətçi olduqlarını deyib. O qeyd edib ki, Türkiyə iddialarımıza rədd cavabı verəcəyi təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər. 

Bir digər şikayət erməni əsilli Zuart Sudjianın ailəsindən alınan torpaqlarla bağlıdır. Diyarbakır Havalimanı ərazisinə iddia edən Sassounian hüquqlarını müdafiə edəcəklərini söyləyib. O, Avropa İnsan Hüquqları Məhkəməsindən müsbət qərar çıxacağı təqdirdə Türkiyədə mallarına əl qoyulmuş olan bütün ermənilər üçün qapıların açılacağını bildirib. 

Harut Sassounian Ankaradakı Çankaya Köşkünün isə Kasapyan ailəsinə aid olduğunu deyir. İstanbul Atatürk Havalimanının olduğu ərazinin bir hissəsinin isə Kevork Sarıyanın ailəsinə aid olduğu iddia edilir.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol