• $
  • €
  • ₽
  • ₺
  • £

“Google” simsiz rabitə xidməti göstərəcək

“Google” simsiz rabitə xidməti göstərəcək
22.01.2015 20:20
"Google” internet şirkəti ABŞ-ın "Sprint Corporation” telekommunikasiya şirkəti və Avropanın "T-Mobile” holdinq şirkəti ilə müvafiq razılaşma əldə etdikdən sonra planın icrasına başlayacaq.

"The Wall Street Journal” qəzetinin elektron versiyasında dərc edilmiş məqaləyə əsasən, ABŞ-ın "Google Inc.” korporasiyası simsiz rabitə xidmətini istifadəyə verməyə hazırlaşır.

"ICTnews" elektron xəbər xidməti "itar-tass.com” saytına istinadən bildirir ki, nəşrin məlumatına görə, "Google” internet şirkəti ABŞ-ın "Sprint Corporation” telekommunikasiya şirkəti və Avropanın "T-Mobile” holdinq şirkəti ilə müvafiq razılaşma əldə etdikdən sonra planın icrasına başlayacaq.

Qəzet yazır ki, internet nəhənginin bu addımı çox güman ki, simsiz rabitə xidməti göstərən başqa şirkətləri qiymətləri azaltmağa və qoşulmanın keyfiyyətini yaxşılaşdırmağa məcbur edəcək.

Nəşrin mənbələri "Google”un öz yeni xidmətini nə vaxt və harada təqdim edəcəyini dəqiqləşdirməyib.
2012-ci ildən "Google” şirkəti "Google Fiber” brendi altında fiber-optik rabitə xətlərinin köməyi ilə genişzolaqlı internetə çıxış imkanı yaradır. İnternetin sürəti 1 Qbit/san-yə çatır. Layihə ilk öncə yalnız Missuri ştatının Kanzas-Siti şəhərində işə salınıb, ancaq şirkət bu layihəni genişləndirməyi planlaşdırır.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol