• $
  • €
  • ₽
  • ₺
  • £

“Facebook” məşhur axtarış sistemini aldı

“Facebook” məşhur axtarış sistemini aldı
14.03.2015 10:55
"Facebook” məşhur axtarış sistemlərindən birini alıb. 

ANS PRESS-in məlumatına görə, dünyanın populyar sosial şəbəkə nəhəngi olan "Facebook”un "TheFind” şoppinq axtarış sistemini aldığı bildirilir. 

Şirkət rəhbərləri arasında sövdələşmə sərtləri hələlik açıqlanmasa da müqavilənin yaxın bir neçə həftə içərisində imzalanacağı vurğulanır. Eləcə də müəyyən mağazalardakı malları tapmaqda köməklik edən "TheFind”ın bağlanması ilə əməkdaşlarının bəziləri "Facebook”da fəaliyyətini davam etdirəcək. Axtarış sisteminin bundan sonra sosial şəbəkənin reklam servislərinin təkmilləşməsinə dəstək üçün işlədiləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, media nəhəngi olan "Facebook” virtual aləmin ən öndə gedən sayt və proqramlarını satın alaraq, bir növ öz rəqiblərini azaldır. Şirkət bundan əvvəl, Mobil istifadəçilərin ən çox istifadə etdiyi "WhatsApp” messencerini, eləcə də foto və video paylaşımı üçün yaradılan "Instagram” platformasını yüksək məbləğdə satın alıb. 

2004-cü ildən bəri fəaliyyət göstərən "Facebook" şəbəkəsi hazırda istifadəçilərinin sayının daha da artırması yollarını aramaqdadır. 1,38 milyard "Facebook” istifadəçisinin təxminən 600 milyonu Facebook şəbəkəsinə mobil cihazlar vasitəsilə daxil olur.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol