• $
  • €
  • ₽
  • ₺
  • £

Çin bunu da etdi

Çin bunu da etdi
02.04.2015 11:41
ABŞ-ın Sakit Okean Donanmasının komandanı, admiral Harri Harris Cənubi Çin dənizində Çin hökumətinin süni adacıqlar yaratdığını deyib.
 
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, admiral Harris bu süni adaları "Çin Səddinə" bənzədib və onları "Qum Səddi" kimi qiymətləndirib.
 
Dənizin dibinə vurduqları beton üzərinə qum səpərək 4 kvadrat kilometr süni adalar yaradıldığına diqqət çəkən admiral Harris sözügedən tikintinin nə üçün edildiyi barədə ciddi sdüşünülməyi vacib hesab edib.
 
ABŞ Milli Kəşfiyyat direktoru Ceyms Clapper fevralın 27-də Senatın Silahlı Qüvvələr Komitəsində çıxışında Cənubi Çin Dənizində gəmilər üçün yeni bir mərkəz və təyyarə meydançaları inşa etdiyi xəbərdarlığını etmiş, tikintiləri davam edən məntəqələrə hansı növ silah və şəxsi heyət saxlayacağını hələ məlum olmadığını bildirmişdi.
 
Clapper Çinin son 1,5 ildə Cənubi Çin Dənizindəki aktlarının və mübahisəli adalar yaxınlığında neft axtarışı qərarını almasının "narahatlıq verici" olduğunu demiş və Çinin 1948-ci ildə tərtib olunan "Doqquz Xətli Xəritəyə" əsasən Cənubi Çin Dənizinin təxminən 80 faizinin öz su sərhədləri olduğunu iddia etməsini "hədsiz istək" kimi qiymətləndirmişdi.
 
İclasda Komitə sədri,  senator Con Makkeyn də ötən il Çinin işğalı altındakı Gaven Qayalıqlarını genişləndirdiyinə dair peyk görüntülərini göstərmişdi.
 
Pekin rəhbərliyi Cənubi Çin Dənizində başda Filippin olmaqla Vyetnam, Bruney və Malayziya kimi region ölkələri ilə suverenlik mübahisələri yaşayır.
 
Filippin rəsmi Pekinin Cənubi Çin Dənizindəki fəaliyyəti ilə bağlı BMT-nin Daimi Mülki Məhkəməsinə şikayət edib, Vyetnamda isə Çin əleyhinə nümayişlər keçirilib.



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Угроза взрыва на борту самолета Wizz Air
Dünya 18:20
Угроза взрыва на борту самолета Wizz Air
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol