• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan: "İrəvanda bir araya gələnlər özləri çalıb, özləri də oynayacaqlar"

Ərdoğan: "İrəvanda bir araya gələnlər özləri çalıb, özləri də oynayacaqlar"
23.04.2015 20:05

Avstriya parlamentinin qondarma "erməni soyqırımı” ilə bağlı bəyanatı Türkiyə ilə Avstriya arasında münasibətlərin kəskinləşməsinə səbəb olub.
 
Artıq Türkiyə Vyanadakı səfirini geri çağırıb. Xarici İşlər Nazirliyinin (XİN) bununla bağlı bəyanatında deyilir ki, Avstriya parlamentinin hüquqa və tarixi gerçəklərə zidd olaraq türk millətini cinayətdə ittiham etmək haqqı və səlahiyyəti yoxdur: "Bilinməlidir ki, Türkiyə və türk milləti tarixinə atılan bu iftiranı unutmayacaq".
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə aprelin 24-də İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı keçiriləcək tədbirlərə münasibət bildirib: "Aprelin 24-də Ermənistanda bir araya gələnlər özləri çalıb, özləri də oynayacaqlar. Biz isə dünya barışından söz açacağıq - fərqimiz budur".
 
Türkiyə prezidenti erməni iddialarından danışarkən Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, bəyan edib ki, Ermənistan beynəlxalq təşkilatların tələblərini yerinə yetirmir, ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri isə nəticə vermir:
 
Türkiyənin baş naziri Əhməd Davudoğlu isə bəyan edib ki, tarixi faktlar sübuta yetirilmədiyi halda, Türkiyə siyasi təzyiq altında heç bir güzəşt etməyəcək. O, ümid etdiyini bildirib ki, üçüncü ölkələr problemin qiymətləndirilməsinə ehtiyatla yanaşacaqlar./APA

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol