• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət xəyanətində ittiham edilən alim həbs olundu

Dövlət xəyanətində ittiham edilən alim həbs olundu
23.04.2015 19:21
Nijniy Novqorod vilayətinin məhkəməsi Rusiya Federal Nüvə Mərkəzinin sabiq elmi əməkdaşı Vladimir Qolubevin həbsinə icazə verib.

Məhkəmə hökmünə səbəb kimi müttəhimin "namünasib davranışı" və ölkədən çıxmamaq barədə iltizamın pozulması göstərilib, alimin vəkili bildirir.

Yevqeni Qubin qərarın gecə saat 1-də çıxarıldığını deyib.

Vladimir Qolubev partlayıcı maddələr üzrə mütəxəssisdir.

O, 2013-cü ildə Çexiyada keçən konfrans üçün elmi hesabat hazırladıqdan sonra dövlət sirrinin yayılmasında ittiham olunub.

Alim ittihamları rədd edir. Onun sözlərinə görə, hesabatın təqdim edilməsindən əvvəl elmi işin əsas müddəaları artıq dərc olunmuşdu.

Buna rəğmən alim 2013-cü ildə vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Dövlət sirrini yaymaq barədə maddə 4 ildən 7 ilədək həbs cəzasını nəzərdə tutur. /BBC

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol