• $
  • €
  • ₽
  • ₺
  • £

Jirinovski “erməni genosidi”nə səs verənlərə qəzəbləndi

Jirinovski “erməni genosidi”nə səs verənlərə qəzəbləndi
17.05.2015 19:25
Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Dövlət Dumasının son iclasında aprel ayında "erməni genosidi” qətnaməsini dəstəkləyən deputat həmkarlarını sərt tənqid edib. 


ANN.Az xəbər verir ki, V.Jirinovski LDPR-in təşəbbüsü ilə gündəmə gətirilən "Tarixin dərsləri və müasir dünyada xristianların sıxışdırılmasının yolverilməzliyi haqqında” adlı sənədin müzakirəsi zamanı çıxış edərkən hakim Vahid Rusiya Partiyasından olan deputat Mixail Markelovu xüsusi tənqid atəşinə tutub.

"Siz xristianların müasir dünyada sıxışdırılmasının yolverilməz olması haqdakı bəyanatımızı dəstəkləmirsiniz. Bəs siz bu zalda nəyə görə "erməni soyqırımı” haqda qətnaməyə səs verdiniz? Bunu niyə etdiniz? Belə çıxır, ona görə ki, bu qətnamə ermənilərin xeyrinə idi. Türklər isə bundan incidi. Və onlar "Türk axını” qaz kəməri layihəsini dayandırırlar. Bunu siz - Vahid Rusiya Partiyası etdiniz” - deyə Jirinovski bildirib.

LDPR lideri hakim partiyaya ünvanlanan tənqidlərini davam etdirərək deyib ki, burada məntiq olmalı idi, amma heç bir məntiq yoxdur: 

"Belə çıxır ki, sizə zəng edib nəsə desələr, ona da səs verəcəksiniz. Əgər Kremldən sizə xristianların sıxışdırlmasına dair qətnamə layihəsi göndərsələr, onda hamınız bir ağızdan "hə” deyib səs verəcəksiniz. Siz Türkiyəni qəzəbləndirmisiniz. İndi də türklər cavab olaraq Gürcüstanı NATO-ya sürükləyirlər. Buna görə siz günahkarsınız. Halbuki türklər bizim tərəfimizdə idi. Siz Ermənistanı müdafiə edən qətnaməyə səs verən kimi türklər bizdən incidi. Siz Türkiyə ilə münasibətlərimizi korlayırsınız”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol