• $
  • €
  • ₽
  • ₺
  • £

Davudoğludan açıqlama

Davudoğludan açıqlama
31.05.2015 10:30
Türkiyənin baş naziri Əhməd Davudoğlu "Cumhuriyet” qəzetində Türkiyənin Suriyaya silah-sursatın göndərilməsi ilə bağlı dərc olunan foto və video görüntülərə münasibət bildirib.

APA-nın "Cumhuriyet” qəzetində istinadən verdiyi xəbərə görə, baş nazir bunu Suriya türkmənlərinə yardım adlandırıb.
 
"Mən çəkinmədən söyləyirəm: o yardım Bayırbucak türkmənləri üçün göndərilmişdi. Orada müharibə gedir, türkmən qardaşlarımız qətlə yetiriləcək, biz isə bunu kənardan seyr edəcəyik?”, deyə  Davudoğlu ötən gün Ankarada keçirilən mitinqdə çıxışı zamanı bildirib.   
 
"O görüntüləri yayımlayanlar kirli bir oyun içindədirlər. Allah şahiddir ki, biz heç bir məzlumu  yalnız qoymadıq, qoymayacağıq”, deyə baş nazir vurğulayıb.  
 
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan da, öz növbəsində, qeyd olunan nəşrin dərc etdiyi məqaləyə kəskin reaksiya verib: "Suriyadakı qardaşlarımıza göndərdiyimiz yardımın qabağını kəsməklə onların ölümünün səbəbkarı oldular. Utanmadan, çəkinmədən türkmənlərə göndərilən yardımlarla bağlı spekulyasiyalara girdilər. Bu casusluqdur, agentlərin əməlidir. Bunun hesabını verəcəklər. Düşün artıq millətin yaxasından”, deyə Ərdoğan qeyd edib.  
 
Qeyd edək ki, 2014-cü ilin yanvarında Adana bölgəsində böyük rezonansa səbəb olmuş hərbçilərin yük maşınlarına baxış keçirməsi ilə bağlı  insident baş verib. Milli Kəşfiyyat İdarəsinə (MIT) məxsus yük maşınlarından ibarət karvan Türkiyə-Suriya sərhədinə doğru hərəkət edib.  "Cumhuriyet”  qəzetinin mayın 29-da dər etdiyi foto və video görüntülərdə qutulara yerləşdirilmiş top, minaatan mərmiləri və digər silah-sursat əks olunub.  Nəşr  qalmaqallı görüntülərin məhz 2014-cü ilin yanvarında yük maşınlarına keçirilən baxış zamanı çəkildiyini iddia edir.     
 
Qeyd edək ki, qalmaqallı material dərc edildikdən dərhal sonra İstanbul prokurorluğunda  "Cumhuriyet”  qəzetinin baş redaktoru Can Dündar barəsində icraat başlanıb.  
 
Xatırladaq ki, apreldə yük maşınlarına baxış keçirilməsi ilə bağlı başlanmış cinayət işi üzrə 17 hərbçi, mayda isə Adana jandarmeriyasının sabiq rəisi və Adana əyalətinin baş prokuroru da daxil olmaqla dörd prokuror həbs olunub.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol