• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən uzun dəmiryol tuneli istifadəyə hazırdır - 57 kilometr

Dünyanın ən uzun dəmiryol tuneli istifadəyə hazırdır - 57 kilometr
02.06.2015 15:26
İsveçrəni İtaliya ilə birləşdirəcək 57 kilometr uzunluğundakı Gothard tunelinin tikintisi bitib. Açılışı gələn il iyun ayının 1-ə planlaşdırılan tuneldə son tamamlanma  işləri aparılır və sınaq keçirilir. 

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, tunelin tikintisinə 1996-cı ildən başlanılıb və 2011-ci ildə qazıntı işləri sona çatıb.

Tunel istifadəyə verildikdən sonra Sürixdən Milan şəhərinə çatmaq üçün cəmi 2 saat 40 dəqiqə vaxt lazım gələcək. Tunelin içərisində qatar saatda 250 kilometr sürətlə hərəkət edə biləcək. 

Bu dəmiryol xəttinin istifadəyə verilməsi həm də yükdaşıma xidmətinin daha da vüsət almasına səbəb olacaq. Hazırda ölkələr arasındakı yükdaşıma dövriyyəsi 28 tondur və gələn il bunun 40 tona qədər artırılması proqnozlaşdırılır. 

Tuneldə iki dəmir yol xətti var. Qarşılıqlı şəkildə qatarlar o tərəf-bu tərəfə rahat hərəkət edə biləcək. Layihə ilə bağlı müzakirələrin tarixi 50 il hesab olunur. 1992-ci ildə bu layihə ilə bağlı hər iki ölkədə hətta referendum da keçirilib. İndiyə kimi bu layihəə 1800 nəfər çalışıb və xüsusi havalandırma sistemi mövcuddur. Layihə müəllifləri bildiriblər ki, tuneldə 28 dərəcəlik istilik daim qorunub saxlanacaq. Əgər xüsusi havalandırma sistemi olmazsa, bu zaman insanlar 45-50 dərəcəyə qalxan istiliklə üz-üzə qala bilərlər.

Hər iki ölkənin dövlət rəsmiləri bu tunelin inşaasını "əsrin layihəsi" adlandırıblar. Tam istifadəyə verildikdən sonra layihənin  10 milyard İsveçrə frankına başa gələcəyi gözlənilir. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol