• $
  • €
  • ₽
  • ₺
  • £

BMT Yəməndə sülh danışıqları keçirəcək

BMT Yəməndə sülh danışıqları keçirəcək
04.06.2015 20:01
BMT iyunun 14-də Cenevrədə Yəməndə müharibə edən tərəflər arasında sülh danışıqları keçirməyi planlaşdırır. Diplomatların sözlərinə görə, bu tarix ölkənin sürgündə olan hökuməti ilə razılaşdırılıb.

BMT-nin Yəməndəki səfiri iyunun 3-də BMT Təhlükəsizlik Şurasına deyib ki, hələlik husi yaraqlıları danışıqlara razılıq verməyib, ancaq yaraqlıların komandir köməkçisi Associated Press agentliyinə söyləyib ki, onlar iştirak edəcəklər.

Husilərin İnqilab Şurasına rəhbərlik edən Muhammad al-Houthi-nin sözlərinə görə, sürgündə olan prezident Abed Rabbo Mansour Hadi mayın 28-nə planlaşdırılan danışıqları pozub, belə ki, yaraqlıların əvvəlcə tutduqları ərazidən çıxmalı olduğunu deyib.

"Onlar Yəmən xalqını həllə apara biləcək istənilən danışıqları pozmaq üçün ilkin şərtlər qoyurlar,” Houthi deyib.

Şiəməzhəb husilər ötən sentyabrda Yəmən paytaxtı Sanaa-nı tutublar. Onlar danışıqlar üçün ilkin şərt kimi atəşkəs tələb edirlər.

Martın 26-dan sünni ərəb alyansı husilərə hava zərbələri endirir. /Azadliq.org
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol