• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyadan Ermənistana ən müasir zenit raket sistemləri

Rusiyadan Ermənistana ən müasir zenit raket sistemləri
09.06.2015 10:55
S-300PS zenit raket sistemləri S-400 sistemləri ilə əvəz olunacaq

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) raketdən vahid müdafiə sisteminin yaradılması barədə qəbul edilən qərar çərçivəsində Ermənistandakı havadan müdafiə sistemlərini yeniləyir.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın "Vozduşno kosmiçeskaya oborona” jurnalı Müdafiə Nazirliyində olan mənbələrinə istinadən xəbər yayıb. 

Mənbə bildirib ki, KTMT üzrə ümumi havadan müdafiə sistemi tam yaradılmayıb və bundan irəli gələrərk Ermənistanda və Qazaxstanda Zenit Raket Sistemlərini gücləndirmək lazımdır. 

Jurnal buna təsdiq olaraq 2014-cü ilin noyabrında Rusiyanın Baş Qərargah rəisi general Gerasimovun dediyi sözləri sitat gətirir: "Bu gün üçün regional havadan müdafiə sistemi Şərqi Avropa istiqamətində yalnız Belarus Respublikası ilə qurulub. Digər iki bölgə - Qafqazda (Rusiya - Ermənistan) və Mərkəzi Asiyada (Rusiya - Qazaxstan) üzrə birgə havadan müdafiə sistemləri qurmalıyıq."

Beləliklə, Ermənistan və Qazaxstanda hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi qərarı verilib. İlk növbədə, bu ölkələrdə Rusiyaya aid S-300PS zenit raket sistemləri S-400 sistemləri ilə əvəz olunacaq.

Xatırladaq ki, təşkilat üzvləri (Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan) arasında raket və hava hücumlarından vahid sistem qurulması barədə qərar hələ 2012-ci ildə qəbul olunub.
 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol